Ermənistanın baş naziri Ərdoğanla telefon danışığı aparıb

image-default-33backend

Ermənistan baş naziri Nikol Paşinyan ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan baş naziri ölkənin cənub-şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib və həmrəy olduğunu bildirib. Nikol Paşinyan bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb və əlavə edib ki, Ermənistan Respublikasının xilasedici dəstəsini fəlakət zonasına aparan təyyarə Yerevanın “Zvartnots” hava limanından qalxıb.

Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş nazirinə həmrəyliyə görə təşəkkür edib və Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib və bu addımı iki ölkə arasında dialoqun daha da dərinləşdirilməsi baxımından müsbət vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki