Ermənistanın “Boeing-737” təyyarəsi qaçırıldı – Tehranda…

image-23808082backend

Ermənistan Mülki Aviasiya Komitəsinin qeydiyyatında olan “Boeing-737” təyyarəsi qaçırılıb.

Bunu Ermənistanın sabiq baş nazir müşaviri Hakob Çaqaryan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan Mülki Aviasiya Komitəsinə Birləşmiş Ərəb Əmirlikləri aviasiya rəhbərliyindən “EK-FAA” quyruq nömrəsi ilə Ermənistanda qeydiyyata alınmış “Boeing-737” təyyarəsinin qaçırılması barədə 2 gün əvvəl mesaj daxil olub.

O, təyyarənin Tallindən havaya qalxdığını və uçuş planına görə İrəvana enməli olduğunu qeyd edib. Amma havada texniki problem yaranıb və bu səbəbdən təyyarənin BƏƏ-də yerə endirilməsinə qərar verilib. Amma bu da baş tutmayıb və nəticədə təyyarə Tehranda enib. Təyyarənin taleyi haqqında məlumat verilməyib.

Ermənistan Mülki Aviasiya Komitəsi iddianı təkzib edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90