Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.36 $▼2.31%
  • WTI neft89.99 $▼1.60%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.979 $▲0.78%
  • Qızıl4 069 $▲0.37%
  • Gümüş51.95 $▲0.78%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda594.00 ¢▼0.21%
  • Bitcoin75 822 $▼0.19%
  • Ethereum2 231 $▼0.17%
  • S&P 5007 413▲0.77%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Hərbi

Ermənistanın İctimai Televiziyası da “Artsax” sözündən imtina etdi

image-66
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan İctimai Televiziyası dünəndən etibarən “Artsax” sözündən imtina edərək, verilişlərində “Dağlıq Qarabağ” kimi təqdim etməyə başlayıb. Busaat.az xəbər verir ki, Ermənistanda “H1” adı ilə tanınan telekanal hava proqnozlarında ərazini Dağlıq Qarabağ kimi göstərir.

İndiyə qədər “Artsax” olaraq təqdim olunan Qarabağ ərazisinin adını özünə qaytaran H1 kanalının hərəkəti ermənilərin ürəyincə olmayıb. Etiraz edənlər iddia edirlər ki, bütün bunların göstərişini baş nazir Nikol Paşinyan verir. Onların sözlərinə görə, Paşinyanın özü də Bakının tələbini yerinə gətirir.

“Jamanak” qəzeti bununla bağlı yazır ki, H1 kanalının aparıcılarını qınamırlar. “Onlar təbbi ki, kanalın siyasətinə uyğun hərəkət edirlər. H1 isə Nikolun dədəsinin dükanı kimi bir şeydir. İndi qalır Ermənistan telekanallarının Qarabağı “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonası” kimi təqdim etmək. Bunu da etsələr, işlər tamamlanmış olacaq”.

Xatırladaq ki, son günlər Ermənistanın dövlət qurumları da “Artsax” sözündən imtina etməyə başlayıblar. Belə ki, bu yaxınlarda Ermənistan DİN-in rəsmi səhifəsindən “Artsax” sözü çıxarılaraq, “Dağlıq Qarabağ” sözü ilə əvəzlənib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114865