“Ermənistan xalq və hakimiyyət olaraq sülhə hazır deyil”.
Bunu Ermənistanın illər boyu sülhdən yayınma məqsədini şərh edən hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, Ermənistanın sülh müqaviləsindən yayınmaqda məqsədi hakimiyyəti qorumaqdır: “Ermənistan hakimiyyəti Azərbaqacanla sülh sazişinə imza atacağı təqdirdə erməni xalqının həmin qərarı dəstəkləməyəciyini düşünür. Lakin proses uzadılmalı deyil. Siyasi-iqtisadi münasibətlərin normallaşdırılması üçün Ermənistanın etməli olduğu bir neçə şərt var. İlk olaraq sülh sazişinə imza atmaq, delimitasiya və demarkasiya məsələsini həll etmək, qeyri-qanuni birləşmələri bölgədən çıxarmaq, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmaq bu şərtlərə daxildir”.
Ekspert ermənilərin bu kimi addımlara hazır olmadığını qeyd edib: “Ermənistan xalq və hakimiyyət olaraq buna hazır deyil. Gənclər “türk düşməndir” psixologiyası ilə böyüdülüb. Həmin gənclər” düşmən türklə (Azərbaycanla) sülh şəraitində necə yaşayaq? deyə özlərinə sual verir. Azərbaycan Ermənistandan fəqli olaraq kiminsə diqtəsi ilə siyasət aparan ölkə deyil. Ona görə regionda gündəmi də biz müəyyən edirik. Azərbaycan strateji hədəflərində qətiyyətli addımlarla irəliləyir. Nəticə etibarilə bütün hədəflərimizə nail olamaq üçün zamana ehtiyacımız var”.
Ələsgər / Busaat.az