Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur: Azərbaycan qarşı tərəfə öhdəlik qoymalıdır ki…

image-7backend

“Azərbaycan və Ermənistanın verdiyi bəyanatlar göstərir ki, tərəflər sülh sazişinin imzalanmasını istəyirlər”.

Bunu Busaat.az-a açıqlamasında politoloq Mehman Əliyev deyib.

Ekspert bildirib ki, son günlər Amerika Birləşmiş Ştatları da səy göstərir, tərəfləri sülhə çağırır:

“Azərbaycan və Ermənistanın NATO-nun tədbirinə dəvət olunması da ABŞ-nin bu məsələdə mövqeyini əks etdirir. Sülh sazişinin imzalanmasını yubatmaq ilk növbədə Ermənistana ziyandır. İrəvan da bunu istəyir”.

Politoloq görə, Bakı çərçivə sənədinə imza atarkən mütləq Ermənistan rəhbərliyi qarşısında öhdəlik qoymalıdır ki, İrəvan hökuməti öz konstitusiyasındakı ərazi iddialarını aradan qaldırsın.  Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər özləri də etiraf edirlər ki, onların qanunverici aktları dəyişməlidir:

“Onlar da həmin müddəaların sülhə mane olduğunu düşünürlər. Ermənistanda baş verən etirazlar özünü doğrultmadı, aksiyalara qoşulanların sayı az oldu. Bununla erməni toplumu göstərdi ki, onlar da müharibənin yox, sülhün əldə olunmasını arzulayırlar. Onlar keçmiş siyasi hakimiyyətləri qəbul etmədiklərini göstərdilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki