Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.75 $▲0.13%
  • WTI neft88.63 $▲0.43%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.252 $▼2.40%
  • Qızıl3 890 $▼0.70%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda592.50 ¢▲0.21%
  • Bitcoin68 844 $▼3.54%
  • Ethereum1 939 $▼3.89%
  • S&P 5007 543▼0.64%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Ermənistanla imzalanacaq sülh sazişində ŞOK GƏLİŞMƏ – “Qarabağ heç zaman…”

image-5dfbd3a5-cd54-3aa7-aeaa-8f6d9d7b11f3_850-505x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə avqustun 31-dəki görüşündən sonra cəmiyyətinə belə mesajlar verir ki, iki ölkə arasınsa sülhün alternativi yoxdur.

Busaat.az xəbər verir ki, Nikol Paşinyanın parlamentdəki tərəfdarları da Qarabağın heç zaman “müstəqil” olmayacağını vurğulamağa başlayıblar.

Politoloq Elxan Şahinoğlu düşünür ki, sülh sazişi imzalanacaqsa, Kreml bunun Rusiya ərazisində imzalanmasına çalışacaq:

“Bu arada, Rusiya prezidenti Vladimir Putin Paşinyanı uzaq Vladivostoka Şərq İqtisadi Forumuna çağırdı. Ermənistanın bu iqtisadi foruma az dəxli var idi, bunu Paşinyanın oradakı çıxışından da anlamaq olardı. Putinin Paşinyanı hüzuruna çağırmasının əsəs məqsədi Brüsseldəki görüş barədə ondan hesabat dinləmək idi. Ermənistanın xarici işlər naziri də Brüsseldə sonra Moskvaya rusiyalı həmkarı Sergey Lavrovun hüzuruna çağrılmışdı. Paşinyan İrəvana qayıtdıqdan sonra Putinə Ermənistan-Qərb münasibətləri barədə məlumat verdiyini gizlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev isə Bakıdadır. Rusiya XİN sözçüsü Mariya Zaxarova rusiyalı diplomatın Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya getdiyini deyib. Beləliklə, Kreml əlindən gələni edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqsa, bu Rusiya ərazisində baş verməlidir. Kreml sazişin mətninin hazırlanmasında da iştirak etmək istəyir. Halbuki, sülh sazişinin mətninı hazırlayacaq işçi qrup Avropa İttifaqının nəzdində formalaşmalı idi. Kreml buna imkan vermək istəmir. Vladimir Putinin açıqlanmayan mövqeyi bundan ibarətdir ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında iki sənəd məhz Kreml sahibinin vasitəçiliyi ilə imzalanıbsa, yekun sənəd də Rusiya ərazisində imzalanmalıdır. Moskva ilə Brüsselin vasitəçiliyi bir-birini tamamlamaq əvəzinə, birinci ikincini oyundankənar vəziyyətə salmaq istəyir. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85251