Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 958 $▲1.32%
  • Ethereum1 818 $▲2.78%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Siyasət

“Əsirlərin dəyişdirilməsi Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifədir” - Qulaşvili

image-1701978590_60ced399-179c-3fe6-97b0-751d667c54cd_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əsirlərin dəyişdirilməsi prosesi Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifə açıldığını nümayiş etdirir”.

Busaat.az xəbər verir ki, bu fikri “Report”a xarici siyasət elmlər doktoru, politoloq Malxaz Qulaşvili Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesini şərh edərkən deyib.

“Bu, Qafqazda sülhün yaradılması üçün mühim addımdır. Çünki regionun iqtisadi inkişafı Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən asılıdır”, – politoloq bildirib.

Onun sözlərinə görə, sülh olarsa, Orta Dəhliz inkişaf edəcək ki, bu da yeni iş yerləri, ölkələrin iqtisadiyyatının güclənməsi və regionun inkişafı deməkdir.

M.Qulaşvili qeyd edib ki, baş verən xoşniyyətli addımlardan sonra mütləq sülh müqaviləsi imzalanmalıdır:

“Qafqaz ölkələrinin liderləri elə addım atmalıdırlar ki, regionda mütləq sülh olsun. Erməni xalqı üçün də bu çox vacibdir. Onlar da başa düşməlidirlər ki, başqasının ərazisinə göz tikmək lazım deyil. Təzyiqlərdən canlarını qurtarıb dərindən nəfəs alsınlar. İnanırıq ki, tez zamanda bütün bunlar olacaq”.

Politoloq vurğulayıb ki, dinc azərbaycanlılara işgəncələr verən, qətlə yetirən şəxslərin kimliyindən asılı olmayaraq mütləq cəzası verilməlidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130090