Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.11 $▼1.56%
  • WTI neft90.69 $▼0.83%
  • Avropa qazı (TTF)85.85 €▼4.23%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 043 $▼0.27%
  • Gümüş51.54 $▼0.02%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda592.75 ¢▼0.42%
  • Bitcoin75 820 $▼0.19%
  • Ethereum2 239 $▲0.20%
  • S&P 5007 424▲0.91%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Əslində Paşinyana həmin layihəni gerçəkləşdirmək üçün…” - ŞƏRH

image-editor_288b815b835ef3e3d2c6dc0986a732a8_la0tbckgwoerp2yq3sjz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Paşinyan müxalifətdə olarkən Ermənistanın KTMT, habelə AİB-dən çıxmasının zəruriliyi ilə bağlı bəyanatlar verib”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında KTMT-nin Ermənistandakı təlimindən imtina etməsi qərarına münasibət bildirən politoloq Elşən Manafov Busaat.az-a açıqlamasında deyib.

image-elsen-manafov

O bildirib ki, Paşinyanin mövqeyi Rusiya və KTMT-ni təxribata sürükləmək, Azərbaycanla ehtimal olunan perspektiv hərbi qarşıdurmaya cəlb etməyə hesablanıb: “Ermənistan artıq iki ilə yaxındır ki, üçtərəfli bəyənatın şərtlərindən irəli gələn öhdəliklərə əməl etmir. Bu isə rəsmi Bakının açıqlamalarında müharibə ritorikasinin artmasına səbəb olub. Paşinyan başa düşür ki, onun ikili mövqeyi əvvəl-axır yenidən tərəflər arasında hərbi qarşıdurmanı qaçınılmaz edəcək. Ona görə özünü sığortalamaq, KTMT-dən hərbi əməliyyatların başlanacağı təqdirdə təminat almaq istəyir”.

Paşinyanın anti-Moskva niyyətlərinə toxunan politoloq qeyd edib: “Rusiyanın Ukraynada faktiki olaraq NATO ilə apardığı müharibə onun Cəbubi Qafqaz maraqlarına uyğun siyasət sərgiləməyən Ermənistana qarşı ciddi tədbir görmək imkanını məhdudlaşdırıb. Paşinyan müxalifətdə olarkən Ermənistanın KTMT, habelə AİB-dən çıxmasının zəruriliyi ilə bağlı bəyanatlar verib. Əslində ona hakimiyyətə gəlməyə məhz həmin layihəni gerçəkləşdirmək üçün Qərbdəki havadarları dəstək olub”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96702