Estoniya bütün 155 mm-lik haubitsalarını Ukraynaya verəcək

image-default-23backend

Estoniya xidmətdə olan bütün 155 mm-lik haubitsalarını Ukraynaya təhvil verəcək.

Busaat.az xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuuska bildirib.

“Biz bütün 155 mm-lik haubitsalarımızı Ukraynaya veririk. Bu yolla presedent yaratmaq istəyirik ki, digər ölkələrin Ukraynanı müharibədə qalib gəlmək üçün lazımi silahlarla təmin edə bilməmələri üçün heç bir bəhanə olmasın”, – diplomat öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, yanvarın 19-da Tallin Kiyevə 113 milyon avro dəyərində ən böyük hərbi yardım paketinin göndərilməsini təsdiqləyib. Estoniya Ukraynaya onlarla 155 mm (FH-70) və 122 mm (D-30) haubitsa, minlərlə mərmi, yük maşını, yüzdən çox “Karl-Qustav” tank əleyhinə qumbaraatan göndərəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90