Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 271 $▲1.81%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Əvəz Zeynallıdan XƏBƏR VAR: "Saxlanma şəraitindən..."

image-1677237922_1677237618-1459785
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Artıq 4-cü həftədir ki, Əvəz Zeynallı ilə görüşə icazə verilir”.

Busaat.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında hazırda həbsdə olan Xural TV-nin baş redaktoru Əvəz Zeynalının həyat yoldaşı Məlahət Zeynallı deyib.

O bildirib ki, Ə.Zeynallı ilə bağlı istintaq yekunlaşıb:

“Hazırda vəkillər işdə cinayət tərkibinin olmadığına dair vəsatət hazırlayırlar. Hələlik növbəti məhkəmə iclasının vaxtı təyin edilməyib.

Onu da qeyd edim ki, Əvəz Zeynallı saxlanma şəraitindən razılığını bildirir. Heç bir şikayəti yoxdur”, – M.Zeynallı deyib.

Xatırladaq ki, Ə.Zeynallı və vəkil Elçin Sadıqov “Baku Still Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra E.Sadıqov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Əvəz Zeynallı ötən ay Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101761