Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 775 $▲1.04%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Fariz Əhmədov prorektor təyin olundu

image-fariz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

UNEC-də Elm üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

Busaat.az xəbər verir ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov UNEC-in Elm üzrə prorektoru təyin olunub.

Fariz Əhmədov 1983-cü ildə anadan olub. 1999-2003-cü illərdə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. 2002-2005-ci illərdə Türkiyənin Sakarya Universitetində “İdarəetmə və təşkilatlandırma” ixtisası üzrə magistratura, 2006-2010-cu illərdə isə doktorantura təhsili alıb. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilib.

Əmək fəaliyyətinə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində müəllim olaraq başlayıb. 2010-2014-cü illərdə həmin fakültədə müəllim, baş müəllim, dosent və kafedra müdiri müavini vəzifələrində çalışıb. 2014-2017-ci illərdə “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri olub. 2016-cı ildən prorektor vəzifəsinə təyin olunanadək Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) həyata keçirdiyi “2016-cı ilin Gənc alimi” müsabiqəsinin qalibi olub. 2020-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, eyni zamanda UNEC-in “Fəxri Fərman”ı ilə təltif olunub.

Nüfuzlu elmi platformalarda (Web of Science, SCOPUS) indekslənən jurnallarda 10- dan, beynəlxalq elmi jurnallarda nəşr olunmuş 30-dan çox elmi məqalənin müəllifidir.

“Strateji idarəetmə”, “Tədqiqat metodları” və “Biznesdə strateji idarəetmə” kitablarının həmmüəllifi, “Keyfiyyət İdarəetmə Sistemi”, “Qlobal İqtisadiyyatda Yeni İstiqamətlər”, “Exploring The Green Economy: Issues, Challanges and Benefits” kitabları ilə yanaşı, dünyaca nüfuzlu “İqtisadi İnkişaf – Michael Todaro – Stephen Smith” kitab tərcüməsinin elmi redaktorudur. Dünya Bankı, UNDP, Erasmus+ layihələri ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR Midstream, PAŞA Holdinq şirkətləri tərəfindən dəstəklənən elmi tədqiqat layihələrində rəhbər və koordinatorudur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=131458