Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.08 $▼2.58%
  • WTI neft84.04 $▼0.83%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.237 $▲2.37%
  • Qızıl3 773 $▼0.36%
  • Gümüş45.74 $▼0.15%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 168 $▼1.09%
  • Ethereum1 798 $▼1.37%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

"Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi" - Fərid Qayıbov

image-157998_pqp2r066c7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf edib”.

Busaat.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı məqaləsində yazıb. O, hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfərlərində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduqlarını xatırladıb: “Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlandıq. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik”.

Nazir ay ərzində bir neçə federasiyarlada hesabat seçki-konfranslarının təşkil olunduğunu bildirib: “Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi. Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birlikdə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı”.

Qayıbov Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilməsinə də toxunub: “Bu, ictimai fəaliyyətimdə daha bir pəncərənin açılması ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Olimpiya Hərəkatına töhfə vermək baxımından da qarşımıza yeni məqsədlər qoyur. İnanıram ki, inamla, diqqətlə və ümidlə görülən işlər təmsil etdiyimiz hər iki sahənin inkişafında faydalı olacaq. Yeni ildə gənclərimizə və idmançılarımıza möhkəm can sağlığı, əzmkarlıq, inam və yeni nailiyyətlər arzulayıram”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67622