Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 889 $▲1.21%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Cəmiyyət

Fərid Əhmədova İTV-də VƏZİFƏ VERİLDİ - FOTO

image-1679998103_f4d19a74525267-5c3310df02dbd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib.

Bu barədə Busaat.az-a televiziyadan məlumat verilib.

İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub.

Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq bildirib ki, iş əmsalının daha da yüksəldilməsi məqsədilə Kommersiya departamentinin marketinq üzrə meneceri Fərid Əhmədovun həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra Fərid Əhmədov namizədliyi irəli sürülən vəzifədə görüləcək işlər haqqında danışıb, gələcək planlarını təqdim edib. Müzakirələrdən sonra onun Kommersiya departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.

Daha sonra Şirkətin 2022-ci il üzrə maliyyə hesabatı müzakirə edilib. Maliyyə və muhasibat uçotu departamentinin direktoru Əfsər Dadaşov hesabat barədə danışıb, Şirkətin gəlir və xərclərindən bəhs edib.

Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər. Şura üzvlərinin müvafiq sualları cavablandırılıb. Hesabat qənaətbəxş qiymətləndirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104975