Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.08 $▼2.58%
  • WTI neft84.04 $▼0.83%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.237 $▲2.37%
  • Qızıl3 773 $▼0.36%
  • Gümüş45.74 $▼0.15%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 168 $▼1.09%
  • Ethereum1 798 $▼1.37%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi ilə görüşdü

image-157741_0869ps8i62
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyini qəbul edib. 

Busaat.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qayıbov ölkədə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini vurğulayıb.

O qeyd edib ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da, ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var.

Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. Abbasov bildirib ki, federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, reqbi federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67192