Fəxrəddin Əlizadə vəfat etdi – FOTO

image-1643006046-oldubackend

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti, t.e.n. Fəxrəddin Əlizadə 71 yaşında vəfat edib.

Bu barədə universitetdən məlumat verilib.

Fəxrəddin Əlizadə 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Nəqliyyat fakültəsində təhsil alıb. 1988-ci ildə universitetin Daxili yanma mühərrikləri kafedrasında işə başlayıb.

Çoxsaylı elmi məqalə, metodik vəsait və fənn proqramlarının müəllifi olub.

Allah rəhmət eləsin!

Fəxrəddin Əlizadə vəfat etdi- FOTO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki