FHN Yasamaldakı yanğınla bağlı məlumat yaydı

FHN Yasamaldakı yanğınla bağlı məlumat yaydıbackend

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Busaat.az nazirliyə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki