Fətullah Gülənin dəfnindən – FOTOLAR

image-gulen-1-png-1729833058backend
FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Pensilvaniyada Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib.

Bakıvaxtı.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, ABŞ polisinin yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü mərasimə türkiyəli jurnalistlər buraxılmayıb və onların görüntülər çəkməsinə mane olub.

Təşkilat üzvləri isə adlarına hazırlanmış QR kodla mərasim sahəsinə daxil olublar.

Stadionun yerləşdiyi Esseks bölgəsində yerli vaxtla saat 10.00-14.00 arasında pilotsuz təyyarələrin uçması qadağan olunub.

Mərasimdə bəzi FETÖ-çülər papaq, eynək və maska ilə üzlərini gizlətməyə çalışıblar. Beysbol stadionunda keçirilən mərasimə qatılanlar fermaya buraxılmayıb.

FETÖ lideri Pensilvaniyada keçirilən mərasimdən sonra fermasının bağçasında dəfn edilib.

Məlumata görə, Gülənin cənazəsi təşkilat daxilindəki fikir ayrılığına görə ölümündən 4 gün sonra dəfn edilib.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.


Screenshot 2024 10 25 042529png 1729833042Screenshot 2024 10 25 042448png 1729833043Screenshot 2024 10 25 042655png 1729833043Screenshot 2024 10 25 043708png 1729833043Screenshot 2024 10 25 043141png 1729833043

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki