Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.44 $▼0.63%
  • WTI neft84.66 $▼0.95%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.162 $▼0.94%
  • Qızıl3 786 $▼1.13%
  • Gümüş45.74 $▼2.38%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.25 ¢▼0.86%
  • Bitcoin64 462 $▼0.63%
  • Ethereum1 805 $▼0.99%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Film qəhrəmanlarının 40 il sonrakı görüşü belə baş tutub - "Asif" AÇIQLADI

image-1472308
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, “Asif, Vasif, Ağasif” (1983) filminin baş qəhrəmanlarını canlandıran aktyorlar – Emil Pənahov, Ramin Aslanov və Hökümə Cəlilova 40 il sonra görüşüblər. Bu barədə Emil Pənahov özünün sosial media hesabında paylaşım edib.

40 ildən sonra baş tutan bu görüşün necə baş verməsi ilə bağlı Emil Pənahov Metbuat.az-a danışıb. O bildirib ki, 2007-ci ildən həmkarlarını axtarırmış və görüşmək bu vaxta qismət olub:

“Ötən ayın 22-si mənim ansamblımın 10 illiyi idi. Buna görə bir konsert təşkil etmişdim. Valideynlərim mənə sürpriz olaraq Hökümə Cəlilovanı (“Ağasif”) konsertə dəvət etdilər. Gəldi, görüşdük, gözəl keçdi. 2007-ci ildən onları axtarırdım, valideynlərim sağ olsun ki, kömək etdilər.

Elə oldu ki, bu məlumat sosial şəbəkələrdə yayıldı və həmin paylaşımlardan birinin rəy bölməsinə bir nəfər Ramin Aslanovun (“Vasif”) profilini qeyd etmişdi. Mən də Raminə yazdım, onunla danışıb, görüşdük. Bu şənbə günü isə birlikdə görüşüb, gözəl vaxt keçirdik”.
Emil Pənahov qeyd etdi ki, hazırda rəqs müəllimi kimi fəaliyyət göstərir və “Alov” rəqs ansamblının rəhbəridir. O, son illərdə başqa film və seriallardan təklif almadığını deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114274