Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.82 $▲1.14%
  • WTI neft88.74 $▲0.94%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.145 $▼0.44%
  • Qızıl3 854 $▼0.48%
  • Gümüş47.40 $▼0.22%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.00 ¢▼0.09%
  • Bitcoin64 299 $▼1.56%
  • Ethereum1 807 $▼1.49%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Kriminal

Fotostudiyada saxta pul kəsənlər saxlanıldı - Fotolar

image-pul
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağcabədidə polislər saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıb.

Busaat.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, aprel ayının 9-da Ağcabədi rayonunda yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib. Satıcı sonradan həmin pulun saxta olmasını bilib və bu barədə polisə məlumat verib.

Məlumatla əlaqədar Ağcabədi RPŞ əməliyyat-axtarış tədbirləri keçirib və saxta əsginasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayonunda 588 saylı qəsəbədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov müəyyən edilib.

Onun ətrafında aparılan araşdırmalarla həmin əsginası həmyerlisi və qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub. Əməliyyatın davamında R.Zeynalov qəsəbə ərazisindəki işlədiyi fotostudiyasında elə iş başında, saxta əsginas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin obyektə baxış keçirilən zaman 5 ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq və 5 ədəd 10 manatlıq saxta əsginaslar, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb. Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106734