
Fransa Azərbaycana qarşı qətnamə QƏBUL ETDİ
Fransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycanın Ermənistana “təcavüzü”nün dayandırılmasını tələb edən qərəzli qətnamə qəbul edib.
Busaat.az Report-a istinadən xəbər verir ki, qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.























