Müsəlman cəmiyyətinə qarşı irqçi münasibəti ilə diqqət çəkən Fransa daha bir ayrı-seçkilik qərarına imza atıb. Belə ki, hökumət müsəlman tələbələrə dövlət məktəblərində abaya geyinməyi qadağan edib.
Busaat.az xarici mənbəyə istinadən xəbər verir ki, Fransa hökumətinin sözçüsü Olivier Veran abaya və oxşar geyimləri “siyasi hücum aləti” adlandırıb.
Qərar həm də sağ və sol siyasi partiyaların nümayəndələri arasında müzakirələrə səbəb olub. Sağçı siyasətçilər qadağanı haqlı olduğunu, sol partiya nümayəndələri isə müsəlmanların hüquqlarının pozulduğunu deyiblər.
Fransanın təhsil naziri Qabriel Attal abaya adlanan paltarın dövlət məktəblərində qadağan ediləcəyini bildirib.
Qanun yeni dərs ilinin başlandığı sentyabrın 4-dən qüvvəyə minəcək.
Qeyd edək ki, bundan əvvəl də ölkədə oxşar qərarlar qəbul edilib. İctimai yerlərdə, dövlət məktəblərində hicab taxmaq qadağan olunub.