Fransada müxalifət hökumətə etimadsızlıq təklifi təqdim etdi

image-fransabackend

Fransa Milli Assambleyasının sessiyasında 2023-2027-ci illər büdcəsinin planlaşdırılması haqqında qanun layihəsi müzakirə olunub.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Fransanın baş naziri Elizabet Born parlamentdəki çıxışında ölkənin bu qanun layihəsinə ehtiyac duyduğunu müdafiə edib.

O, sözügedən qanun layihəsi üçün Konstitusiyanın 49-cu maddəsinin parlament tərəfindən bir qanun layihəsinin səsə qoyulmadan qəbul edilməsinə icazə verən 3-cü bəndini nəzərdə tutub.

Hökumətin bu addımına qarşı müxalifət qanadından olan sol və ekoloji partiyalardan ibarət Sosial və Ekoloji Yeni Xalq Birliyi (Nupes) parlamentə etimadsızlıq təklifi təqdim edib.

Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndi hökumətə qanun layihəsini səsvermə olmadan Milli Məclisdən keçirməyə və müxalifətə ona qarşı etimadsızlıq təklifi təqdim etməyə icazə verir.

Etimadsızlıq təklifi parlamentdəki deputatların əksəriyyətinin dəstəyini alarsa, hökumət yıxılır.

Etibarsızlıq təklifi parlamentdə əksəriyyət tərəfindən dəstəklənmirsə, qanun layihəsi parlamentdə səsvermə olmadan qəbul edilmiş sayılır və Senatın müzakirəsinə çıxarılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki