Franssız TotalEnergies şirkəti də Rusiyadan çəkilir

image-totalenergiesbackend

Fransız enerji şirkəti TotalEnergies Rusiyanın enerji şirkəti Novatekdən ayrılacağını açıqlayıb.

Busaat.az xəbər verir ki, bu qərar TotalEnergies-ə təxminən 3,7 milyard dollara başa gələcək.

Qeyd edək ki, digər nəhəng enerji şirkətləri BP və Shell-dən fərqli olaraq, TotalEnergies Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyaya investisiyalarını davam etdirməklə beynəlxalq sanksiyalar riskinə məruz qalmışdı.

Şirkətin Rusiyadakı investisiyalarına mayeləşdirilmiş təbii qaz (LNG) layihələri olan “Yamal LNG” və “Arctic LNG” daxildir.

“Avropa tərəfindən tətbiq edilən və müharibənin əvvəlindən qüvvədə olan sanksiyalar fonunda, TotalEnergies-i təmsil edən Novatek idarə heyətinin iki idarəçisi gələcək şura iclaslarında, xüsusən də maliyyə məsələlərində səs verməkdən çəkinəcəklər” – deyə, şirkətdən bildiriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90