Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Böyük Britaniya xüsusi xidmətlərinin əməkdaşını üzə çıxarıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri FTX-nın İctimai Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti Böyük Britaniyanın Moskvadakı səfirliyində bu ölkənin xüsusi xidmətlərinin bəyan edilməmiş əməkdaşı Devis Qaret Samyueli aşkarlayıb. O, səfirliyin inzibati-təsərrüfat şöbəsinin ikinci katibi kimi göstərilib”, – məlumatda bildirilib.
Qeyd edilib ki, Samyuel akkreditasiyadan məhrum edilib və iki həftə ərzində Rusiyanı tərk etməlidir.








