Futbol qaydalarında dəyişiklik olunacaq!

image-varbackend

VAR-ın (video-köməkçi hakim) səlahiyyətləri artırıla bilər.

Busaat.az Offsideplus.az-a istinadən xəbər verir ki, futbol qaydalarını idarə edən şəxslər VAR-ın səlahiyyətlərinin artmasını təklif edib.

Bu barədə “The Times” nəşri məlumat yayıb. Xəbərə görə, bundan sonra aşağıdakı epizodlarda da VAR-a müraciət olunacaq:

1. Cərimə zərbəsi təyini zamanı;

2. Küncdən zərbələr;

3. İkinci sarı vərəqə verilməsi.

Qeyd edək ki, video-köməkçi hakim 2018-ci ildən qüvvədədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki