Hayfa “Makkabi”sinin yarımmüdafiəçisi Qadi Kinda 32 yaşında vəfat edib.
Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “13TV” məlumat yayıb.
Futbolçu xərçəng xəstəliyinə görə dünyasını dəyişib. O, may ayının əvvəlindən Hayfa xəstəxanasında müalicə altına alınıb, daha sonra Tel-Əvivdəki tibb mərkəzinə köçürülüb və orada vəfat edib.
Kinda karyerası ərzində təkcə “Makkabi”də deyil, həmçinin “Aşdod”, “Kanzas-Siti” və Qüdsün “Beytar” klublarında da çıxış edib. Bu mövsüm o, “Makkabi” üçün 30 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
10 dəfə İsrail milli komandasının formasını geyinən Kinda 2 qola imza atıb.