“Futbolda Avropadan həddindən artıq geridə qalırıq” – Qurban Qurbanov

image-165954_atydhrmq07backend

“Bizim elə süni meydançalarımız var ki, orda oynayan uşaqların dizi, topuğu, oynaqları 3 ildən sonra sıradan çıxır. Belə yerdə keyfiyyət ola, dediyin bombardirlik keyfiyyətləri inkişaf edə bilməz”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Azərbaycan futbolunun problemləri haqda danışarkən deyib:

“Görürsən ki, hər futbolçu karyerası ərzində bir dəfə, iki dəfə bombardir oldu, yaxud çempion oldu, uğur qazandı. Olur, amma bunun sabit olması üçün bu yetərli deyil. Hələ görəcək nə qədər işimiz var. Biz – “Qarabağ” da daxil olmaqla. Klub olaraq biz nəsə edirik, hansısa problem aradan qaldırırıq. Lakin bu yetərli deyil. Futbola çox ciddi formada diqqət ayrılmalıdır. Çox ciddi. Çünki biz Avropadan həddindən artıq çox geri qalırıq. Həddindən artıq. Bir misal da çəkim. Bir ara – inflyasiya vaxtında Macarıstan, Çexiya, Slovakiya kimi orta yaşayış səviyyəli Avropa ölkələrinə yaxınlaşmağa başlamışdıq. Oradan rahatlıqla futbolçu gətirə bilirdik. Amma yenidən hər şeyləri düzəldi və bu xətt bağlandı. Təsəvvür et ki, indi biz bu ölkələrdən futbolçu gətirə bilmirik. Onların maliyyə imkanları da yaxşılaşdı, daha yaxşı yaşamağa başladılar, daha yaxşı şərait yaratmağa başladılar və bizim üçün bitdi. Futbolçu ala bilmirik ordan. Bir-iki istisna olur, o da nəsə olsa… Əvvəllər biz hətta Portuqaliyadan, Niderlanddan, bu ölkələrin elitalarından futbolçu gətirirdik. Yoxdur, indi yoxdur, əldə edə bilmirik. Ümumiyyətlə Avropada futbola maraq yüksəlməyə başlayıb. Fikir verin, neçə dənə əlavə turnir yaradıblar. Futbol bu gün ən güclü biznes sahələrindən biridir. Qitə, dünya turnirləri, müxtəlif liqalar… Həmin elə Konfrans Liqası. Həm insanların buna marağı var, bunu istəyirlər, həm də bizim kimi ölkələrə görə ola bilər ki, daha bəzi şeylər sərf eləsin. Amma hər bir halda bunlara hazır olmağımız üçün “biz ölkə çempionu olduq, gedib onlarla, o ölkələrlə başabaş olacağıq” kimi fikirlərə aldanmalı deyilik”.

Mənbə: rekord.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90