Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 400 $▲2.01%
  • Ethereum1 830 $▲3.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

G20-də ÇATLAR: Birgə yekun bəyannamə dərc oluna bilmədi

image-bali-to-host-g20-summit-in-2022-scaled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Müharibəsi G20 xarici işlər nazirlərinin görüşünə damğasını vursa da, Ukrayna ilə bağlı fikir ayrılıqları səbəbindən birgə yekun bəyannamə dərc oluna bilməyib.

Busaat.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə G20 xarici işlər nazirlərinin görüşündən birgə yekun bəyannamə çıxmayıb.

Toplantının ən mühüm gündəm maddəsi birinci ilində olan Ukrayna müharibəsi olub.

Konfransda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbi ittiham edib. Mətbuata açıqlama verən Lavrov deyib: “Bəyanat bloklanıb. Hindistan tərəfinin də bildirdiyi kimi, müzakirənin nəticəsi görüşün xülasəsinə daxil ediləcək”.

Lavrovun sözlərinə görə, birgə yekun bəyanat ona görə uğursuzluğa düçar olub ki, çünki digər məsələlərlə yanaşı, Rusiya “Şimal axını” boru kəmərini kimin sabotaj etdiyini araşdırmağa təkid edib. Lavrov Qərb ölkələrini “şantaj və təhdidlərlə” işləməkdə ittiham edib.

Məlumata görə, həm G20 üzvü olan Rusiya, həm də Çin bəyannaməyə “Rusiya qoşunlarının Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxarılması” bəndinin daxil edilməsinə qarşı çıxıblar. Bu il G20-yə sədrlik dövründə Hindistan yoxsulluğun azaldılması və iqlimin maliyyələşdirilməsi kimi məsələlərə diqqət yetirməyi hədəfləyib. Bununla belə, gündəmdə Ukrayna müharibəsi üstünlük təşkil edib.

Qeyd edək ki, keçən həftə G20-nin maliyyə nazirləri Hindistanda görüşüblər, lakin Ukrayna ilə bağlı fikir ayrılıqlarına görə həmin görüşdə birgə yekun bəyannamə razılaşdırılmayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102716