
G20 nüvə silahının istifadəsini qəbuledilməz hesab edir
G20 liderləri çərşənbə günü İndoneziyanın Bali adasında keçirilən sammitdən sonra qəbul etdikləri bəyannamədə nüvə silahından istifadəni qəbuledilməz adlandırıblar.
Busaat.az xəbər verir ki, bəyannamədə deyilir:
“Beynəlxalq hüququ, sülhü və sabitliyi qoruyan çoxtərəfli sistemə riayət etmək vacibdir. Bura Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş bütün Məqsəd və Prinsiplərin müdafiəsi və beynəlxalq humanitar hüquqa, o cümlədən mülki şəxslərin və silahlı şəraitdə infrastrukturun qorunması daxildir. Nüvə silahından istifadə və ya istifadə hədəsi yolverilməzdir”.
Bəyannaməyə görə: “Münaqişələrin sülh yolu ilə həlli, böhranların həlli üçün səylər, o cümlədən diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir. Bugünkü dövr müharibə dövrü olmamalıdır.”























