2025-ci il Novruz, Ramazan və Qurban bayramı günləri müəyyən edilib.
Busaat.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən gələn il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Nəzərdə tutulan günlər iş günü hesab edilmir.