Gələn il pensiya və maaşlarda artım gözlənilir

image-tia_746437ddcf6c235e006c74af479916fb_1xk5nwqeb7u9fht6pmv3-640x336backend

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır.  Busaat.az Modern.az-a istinadən xəbər verir ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 12,6 faiz olacaq.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər üçün 4 milyard 391 milyon 430 min 496 manat nəzərdə tutulub.

Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə sosial müdafiə və sosial təminat üzrə xərclər 13,8 faiz artırılır.

Sosial müdafiə və sosial təminat üzrə xərclərə pensiyalar, sosial müavinətlər, əmək haqları və s. aiddir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki