Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 826 $▲1.12%
  • Ethereum1 805 $▲2.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“Gənc Liderlər üçün Qış Universiteti”nin beşinci günü başa çatıb

image-o_1goocuc251eqo1u5n19bi1t6h1h52v
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində baş tutan “Gənc Liderlər üçün Qış Universiteti”nin növbəti mövsümü davam edir. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

“Qış Universiteti”nin beşinci günündə “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri, Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu Üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova “Avropada könüllülük və Erasmus+ proqramı”, “Az-Granata”nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli və əməliyyatlar üzrə direktoru Yusif Ləzgiyev “İstehsalatda müasir texnologiyanın və dünya standartlarının tətbiqi, “İZ” Gənclər Təşkilatının təsisçisi, təlimçi Natiq Xəlilovun təqdimatında “Gənc liderlərin komanda quruculuğunda rolu” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı gənc liderlərlə tonqal ətrafında görüşərək “Qış Universiteti” ilə bağlı səmimi söhbət aparıb, gənclərin təəssüratlarını dinləyib.

Sonra isə “Social Night” baş tutub və proqram çərçivəsində yaradıcı formatda komanda işləri nümayiş olunub. Nəticələrə əsasən, gecənin qalibi “Kiçik gəlin” adlı səhnəciyi ilə “Beta” komandası seçilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99935