Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 760 $▲1.01%
  • Ethereum1 807 $▲2.16%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“Gənc Liderlər üçün Qış Universiteti”nin dördüncü günü başa çatıb

image-o_1golmnnio1ghq1a8hobc1thhio8s
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində baş tutan “Gənc Liderlər üçün Qış Universiteti”nin növbəti mövsümü davam edir. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

“Qış Universiteti”nin dördüncü günündə “Axtar, tap” oyunu təşkil olunub. Layihə iştirakçıları Naftalan şəhər Heydər Əliyev Parkında hazırlanmış məntiqi suallara cavab taparaq birincilik uğrunda mübarizə aparıblar. Komandaların nəticələrinə əsasən, “Beta” birinci, “Alfa” ikinci, “Qamma” isə üçüncü yer tutub.

Gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Consensus Intellectual Center”in rəhbəri Azad Manaflının moderatorluğu ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub. Nəticələrə əsasən, “Qamma” birinci, “Beta” ikinci, “Delta” və “Alfa” isə eyni nəticə ilə üçüncü yer tutub.

Günün irəliləyən saatlarında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı ilə layihə iştirakçıları arasında “Açıq mikrofon” adlı səmimi görüş baş tutub. Görüş zamanı gənclərin fikir və təklifləri dinlənilib, çoxsaylı sualları cavablandırılıb.

Günün sonunda DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99753