Gəncə terrorundan iki il keçir: Ermənistan bu qüvvələrə arxalanıb terror etdi – EKSPERT RƏYİ

image-1603460557_1603274589_gence1backend

Bugün Gəncə terrorunun yaşanmasından iki il keçir. Tam iki il öncə, “Vətən müharibəsi” davam etdiyi zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri və gənclər şəhəri olaraq tanınan Gəncəyə qadağan olunmuş raketlərlə zərbə endirdilər. Sivillərin yaşadığı binaları hədəf alan raketlər onlarla sivilin qatilinə çevrilməklə bərabər, erməni vandalizminin yeni nümunəsini formalaşdırdı.

Hadisədən sonra Azərbaycan tərəfi həm dövlət, həm xalq olaraq əl-ələ verib bütün dünya ictimaiyyətini bu teror aktı barədə məlumatlandırmış, dünyanın fərqli təşkilat və dövlətləri bu və ya digər səviyyədə terror aktına hüquqi qiymət verilməsini istəmişdir.

Ermənistan tərəfinin beynəlxalq hüququ görməzdən gələrək reallaşdırdığı bu terror aktının hansı məqsədlərə hesablandığı və kimlərə arxalanaraq bu riski reallaşdırdığı barədə sonralar da müzakirələr davam etmiş, Gəncə terroru Azərbaycan xalqının yaddaşına ömürlük həkk olunmuşdur.

Gəncə terrorunun arxasındakı məqsədlər və Ermənistanın bu təxribatı reallaşdırarkən kimlərə arxalanması barədə Busaat.az-ın suallarını politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cavablandırıb:

image-286483

“Müharibədə məğlub duruma düşən Ermənistan ordusu Azərbaycan ordusu ilə savaşmaq əvəzinə mülki obyektlərimizi hədəf aldı, Gəncə şəhərini bombaladı. Düşündü ki, bizi qorxuda bilər. Mülkü insanlardan həlak olanlar olsa guya biz nədənsə çəkinə bilərik, geri addım ata bilərik. Amma əksinə, bu bizdə düşmənə mübarizənin daha da gücləndirilməsiylə nəticələndi. Biz daha ağır zərbələr endirdik və düşmənin bu provokasiyası nəticə vermədi. Düşmən Gəncə təxribatından uğurlu nəsə əldə etmədi. Əksinə biz hücumlarımızı daha da gücləndirdik, torpaqlarımızı azad etdik.

Eyni zamanda biz mülki əhalini hədəf götürmədik, məsələn Xankəndində binaları bombalamadıq. Orada müəyyən hədəfləri vururduq , amma o hədəflər hərbi hədəflər idi. Orada mülki insanların həlak olması barədə də məlumat yoxdur. Yəni onların törətdiyi təxribata biz təxribatla cavab vermədik. Biz onların cavabını döyüş meydanında verdik. 2 il keçir və əlbəttə biz şəhid olan soydaşlarımızı xatırlayırıq. İndi Ermənistan sülhdən, razılaşmalardan danışır, ancaq bunu mülki əhalini hədəf alanda, şəhərlərimizi hədəf alanda düşünməli idi. Bu heç zaman unudulmayacaq. Necəki Xocalı soyqrımını biz heç zaman unutmuruq.

Gəncə terorurun Ermənistan tərəfinin öz gücünə deyil, hansısa kənar güclərə arxalanaraq reallaşdırıldığını bildirən ekspert qeyd edib: “Özlərini itirmişdilər. Bilmirdilər Azərbaycanın uğurlu həmlələrinə necə cavab versinlər. Döyüş meydanında cavab verə bilmədilər.Ona görə bu raketlərlə bizim şəhərləri, mülki əhalini hədəf aldılar ki, guya bizi qorxuda bilərlər və ordu hücumu dayandıra bilər. Bu alınmadı.

Həm də Ermənistan tərəfi müəyyən güclərə də arxalanırdılar. Bu Qərbdə də var, Rusiyada da var. O raketləri onlara kim vermişdi? Əlbəttə Rusiya vermişdi. Elə bu günlərdə – Sentyabrda Rusiyanın 2 S-300 raketini məhv etdik. Muharibədən sonra yenə gizli şəkildə onlara raket, hərbi texnika veriblər. O 2 dənə vurulan S-300 raketnin qiyməti 1 milyard dollara yaxındır. Yəni Qərbdə və Rusiyada mərkəzlər yenə də var ki, Ermənistanı Azərbaycana qarşı gücləndirməyə çalışırlar. Əsasən də Rusiya. Çünki qərb ölkələri Ermənistana elə də hərbi texnikalar vermir. Rusiyada siyasi və hərbi sənaye kompleksi yenə də Ermənistanı gücləndirməyə çalışır ki, Ermənistan Azərbaycan qarşısında tam zəif duruma düşməsin. Amma nahaq əziyyət çəkirlər. Artıq Azərbaycan torpaqların böyük bir hissəsini işğaldan azad edib. Artıq geridə qalan ərazilərimizi azad etmək vaxtıdır. Təmas xəttində möhkəmlənmişik, strateji yüksəklilikləri nəzarətə götürmüşük. Ona görə də Ermənistana kim kömək edir etsin, çox ağır dururmdadı.

Potensiyalları yoxdur ki, Azərbaycana qarşılıq verə bilələr, gücləri qalmayıb. Artıq Paşinyan özü də anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan başqa alternativi yoxdur”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki