Gəncədə qardaşın bacısını öldürməsi ilə bağlı təfərrüatlar məlum olub.Busaat.az xəbər verir ki, bacı və qardaş arasında sosial şəbəkədən istifadəyə görə başlayan davanı əvvəlcə ataları ayırıb. Digər otağa keçən ata sonradan mübahisənin yenidən qızışdığını görərək övladlarının olduğu otağa geri qayıdıb. Bu zaman o, oğlunun bacısına bıçaqla ağır xəsarət yetirdiyini görüb.Qonşuların sözlərinə görə ailə üzvləri arasında daha əvvəllər dava-dalaşın olması müşahidə edilməyib. 21 yaşlı Pəri Allahverdizadə boğaz nahiyəsindən aldığı ağır bıçaq xəsarəti nəticəsində hadisə yerindəcə dünyasını dəyişib. Müddətdən artıq hərbi xidmət qulluqçusu və idmançı olan Əli Allahverdizadə isə hadisədən sonra evi tərk etməyib və polisə könüllü təslim olub.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, hər ikisi 2001-ci il təvəllüdlü olan Pəri Allahverdizadə ilə Əli Allahverdizadə arasında mübahisənin səbəbi qızın “Instagram” sosial şəbəkəsindən istifadə etməsi olub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
ABŞ-da Robert Kennedy sui-qəsdi ilə bağlı 60 min yeni sənəd ictimaiyyətə təqdim edilib. Busaat.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktorluğunun…
Pakistan Ordusu, Hindistanın məxsus 12 Harop tipli pilotsuz uçuş aparatını zərərsizləşdirib. Busaat.az xəbər verir ki, bu barədə ordunun sözçüsü Əhməd Şərif…
Hacıqabulda "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq…