Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.21 $▼4.20%
  • WTI neft87.64 $▼4.02%
  • Avropa qazı (TTF)82.01 €▼4.19%
  • Təbii qaz (ABŞ)3.157 $▲4.43%
  • Qızıl4 125 $▼0.21%
  • Gümüş52.51 $▼1.14%
  • Pambıq79.18 ¢▲1.06%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 660 $▼0.09%
  • Ethereum2 125 $▼0.02%
  • S&P 5007 488▲1.54%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

“Getmişəm, yaxşı eləmişəm,mən eləməmişəm o toyu” – Novruz Məmmədov nəvəsinin toyundan danışdı

image-1650709035_1524299404_nova
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub.

Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntülərinin yayılması müzakirələrə səbəb olub. Kiçik toy məclisi Bakıda bahalı restoranlardan birində keçirilib.

Busaat.az xəbər verir ki, keçmiş Baş nazir Novruz Məmmədov müzakirələrə səbəb olan nəvəsinin toyundakı görüntülərlə bağlı Manset.az-a müsahibə verib. O bununla bağlı sərt açıqlama verərək həmin kadrların ondan xəbərsiz çəkildiyini bildirib.
– Novruz müəllim, həmin görüntüləri kim lentə alıb?
– Mən bilmirəm o gürüntüləri kim yayıb. Nəvəmin kiçik toyudur, məni də qızımgil dəvət edib, getmişəm. O görüntüləri kim yayır, kim bu barədə danışır, o adamların ürəyinə dərd düşsün, cəzasını çəksinlər. Getmişəm, yaxşı eləmişəm, nəvəmdir, mən eləməmişəm o toyu, qızımgil ediblər, mən də getmişəm. Hansısa alçaq çəkib bunu ötürüb. Şəxsiyyətsizlər də başlayıb müzakirə etməyə. Mən heç maraqlanmıram da bunu yayanlar kimdir, kim paylaşıb?

 

– Novruz müəllim ola bilərmi bunu sizi  istəməyənlər qəsdən yayıb?

– Yox, ola bilməz, bunu məclisdə iştirak edən adamlardan yayıblar. Mənim heç kimə pisliyim keçməyib. Onlar da məclisi əvvəlcə keçirib, sonra pulunu ödəyəcəkdilər. Belə şərt olub ki, dedilər camaat gəlib getsin, pul yığılsın, sonra ödəyərik. Həmin adamlarla qızımgil yaxındır.
– Bəs bu hansısa məmurun sifarişi ola bilərmi?

– Yox, o ola bilməz, inanmıram. Mən öz nəvəmin toyunda iştirak edə bilmərəm? Bizim insanlar hazırda müzakirə etmək üçün mövzu axtarır, cəhhənnəmə axtarsınlar. Tüpürüm bunların hamısına, kim ola bilər, deyə bilmərəm. Kim nə istəyir eləsin. Birinin kişiliyi varsa, desin mən eləmişəm.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75820