Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.82 $▲1.24%
  • WTI neft89.43 $▲1.34%
  • Avropa qazı (TTF)90.70 €▼3.20%
  • Təbii qaz (ABŞ)3.266 $▼1.98%
  • Qızıl3 894 $▼0.60%
  • Gümüş49.67 $▼1.14%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda598.00 ¢▲1.14%
  • Bitcoin68 728 $▼3.71%
  • Ethereum1 939 $▼3.89%
  • S&P 5007 523▼0.91%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Girov saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi

image-azxinjpg-1733740505
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Eritreyada girov saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə geri gətirilib.
Busaat.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.
“Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib.
Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
Bu prosesdə yaxından dəstək göstərən Türkiyə Respublikasının Eritreya Dövlətindəki Səfirliyinə dərin minnətdarlığımızı bildiririk” – məlumatda deyilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=160899