Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.14 $▼0.14%
  • WTI neft88.19 $▼0.17%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.154 $▼0.13%
  • Qızıl3 878 $▲0.19%
  • Gümüş47.75 $▲0.91%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.50 ¢▲0.64%
  • Bitcoin64 441 $▼1.34%
  • Ethereum1 805 $▼1.61%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İqtisadiyyat

Gömrük rüsumu ləğv edildi - Bu məhsullar ucuzlaşacaq

image-market_2834785
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.

​ Bəs, bu xaricdən idxal edilən sitrus meyvələrin qiymətinə təsir edəcəkmi?​
 


Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a açıqlamasında deyib ki, bu tədbir nəticəsində xaricdən gələn meyvələrin qiyməti ucuzlaşacaq. Gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək:

“Tropik meyvələrin 15 faiz gömrük rüsumundan azad olunması müsbət haldır. Bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Həmçinin, bu tədbir nəticəsində digər meyvələrin qiymətinin enməsi üçün zəmin yaradacaq. Sözsüz ki, bu, yerli meyvələrin qiymətinə də təsir göstərəcək”.

İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur:

“Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi qiymətlərə müsbət təsir edəcək:

“Məntiqlə rüsumdan azad olunan bütün məhsulların qiyməti ucuzlaşmalıdır. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi müəyyən dərəcədə qiymətlərə təsir edəcək. Hətta, qiymətlərdə endirimlər ola bilər. Tropik meyvələr gündəlik tələbat məhsulları olmadığına görə, bu qərar vətəndaşın büdcəsinə əhəmiyyətli təsir göstərməyəcək. Çünki bunlar Azərbaycanın rasionunda az yer tutan məhsullardır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108478