Goranboyda xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

kriminalbackend

Goranboy Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatdan 35 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Səbuhi Abdullayev, Daşqın Qəmbərov və Tərtər rayon sakini Rövşən Muxtarov saxlanılıblar.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib.

Bildirilib ki, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb,  araşdırmalar davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki