Güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötdü

image-qrr55backend

Rusiya paytaxtında qar örtüyünün hündürlüyü iqlim normasını keçib.

Busaat.az xəbər verir ki, dünən gecədən fasiləsiz yağan qarın hündürlüyü 30 sm-i ötüb.

Sinoptiklər bunun dekabrın ilk iki ongünlüyündə olduğu kimi iqlim normasını keçdiyini, normadan 20% çox olduğunu bildiriblər.

Hal-hazırda Moskvada güclü qar çovğunu müşahidə olunur. Leninqrad prospekti, Entuziastov şossesi və Moskva Dairəvi yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qarın sabaha qədər dayanmayacağı bildirilib. Moskvalılara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunub.APA

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki