Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
8°Bakı
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
Siyasət

Gürcüstan xəyanətkar davranış sərgiləyib” - Deputat

Gürcüstan xəyanətkar davranış sərgiləyib” - Deputat
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
"Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə "erməni əsirlərinin qaytarılması" formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyini ifadə ediblər". Busaat.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa məlumat verib.O qeyd edib ki, burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz: "Buna bir həftə öncə Gürcüstan Prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır. Adam özünü anlamaz yerinə qoyub qosqoca Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinməyib. Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil edərsək heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın illərdir həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur. İlk olaraq Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq? Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik. Beynəlxalq platformada Gürcüstanın "işğal olunmuş əraziləri" ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik. İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik. Ağrı dağında Türkiyə və Azərbaycan bayraqlarının işıqlandırılmasını bir an öncə gerçəkləşdirməliyik ki, Salome də ermənilər kimi bu möhtəşəm tablonu seyr edib ürək ağrısı ilə paylaşa bilsin". Deputat bildirib ki, rəsmi Gürcüstan xəyanətkar davranış sərgiləyib, Azərbaycana qarşı AŞ PA-dakı təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib, habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib: "Həm də dəfələrlə bu cür davranışlara rəvac verib. Bunun mütləq cavabı olmalıdır. Təbii ki, qonşuluq münasibətlərini pozmadan, beynəlxalq hüquqa zidd davranmadan bunları etməliyik. Biz dəmir yumruğu işğalçı, faşist erməni başına endirərək onları az da olsa reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bədniyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir. Bizim Dəmir yumruğumuz Osmanlı tokatı ilə birlikdə ayrı bir islahedici vasitədir".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=19498