Gürcüstanda küçədə maska taxmaq məcburi oldubackend

Gürcüstanda küçədə maska taxmayanlar da cərimələnəcək.

Busaat.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsikitişvili açıqlama verib.

“Qapalı məkanlarda maska taxmamağa görə tətbiq olunan 20 lari cərimə açıq məkanlara da aid ediləcək”,- deyə nazir qeyd edib

Qeyd edək ki, Gürcüstanda bu günə qədər 44 min 522 nəfər koronavirusa yoluxub, 362 nəfər vəfat edib.