Gürcüstanda Təhlükəsizlik Şurası ləğv olunur

image-1732525979jpg-1750962001backend

Gürcüstan parlamenti “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında” qanuna Təhlükəsizlik Şurasının ləğvini nəzərdə tutan düzəlişləri üçüncü və yekun oxunuşda qəbul edib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər 83 deputatın dəstəyini qazanıb.

“Dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən ləğv ediləcək. Həmçinin müəyyən edilib ki, Gürcüstan hökuməti milli təhlükəsizlik siyasətinin planlaşdırılması üzrə əlaqələndirici orqan olacaq”, – mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurasının ləğvi üçün xüsusi komissiya yaradılacaq. Onun tərkibini və səlahiyyətlərini hökumət müəyyən edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki