Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 065 $▼4.64%
  • Ethereum1 922 $▼4.73%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Hacı Şahin Şəhidlərin dəfnində dini şüar səsləndirənlərə münasibət bildirib - VİDEO

image-1663240139_4435631
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İmam Hüseyn (ə) Azərbaycan xalqı üçün məzhəbindən asılı olmayaraq əziz bir şəxsiyyətdir. İmam Hüseyn və Kərbəla mövzusu ayırıcı deyil, birləşdirici mövzudur”.

BUSAAT.AZ  xəbər verir ki, bu sözləri REAL TV-yə açıqlamasında “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

QMİ nümayəndəsi əlavə edib ki, kimsə bu mövzudan sui-istifadə edib təxribat salırsa, İmam Hüseyn məramlarına zidd addım atır: “Azərbaycanın bir çox bölgələrində belə bir ənənə var ki, gənc bir insan dünyasını dəyişəndə İmam Hüseyn yad olunur, Ya Hüseyn şüarı səsləndirilir. Hətta fərqli məzhəblərin yaşadığı bölgələrdə də bu baş verir. Bunun heç bir xarici dövlətlə əlaqəsi yoxdur. Bu, Azərbaycan xalqının ənənəsidir.

Dini ayinlər dəfn mərasimində tam şəkildə icra olunur. Müdafiə Nazirliyinin əməkdaşları da buna şərait yaradır. Cənazə namazları bir çox halda Şəhidlər Xiyabanında qılınır. Dəfn prosesləri tam şəriət qaydalarına uyğun şəkildə həyata keçirilir.

Eyni zamanda bildirmək istəyirəm ki, hər şey yerində olmalıdır. Şəhid valideynlərinin də razılığı olmalıdır. Paralel şəkildə hər bir şey uzlaşdırılmalıdır.  Milli şüarlarla dini şüarlar qarşı-qarşıya qoyulmamalıdır”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85678