Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 451 $▲2.09%
  • Ethereum1 831 $▲3.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Hacı Surxay: Hacı Şahinin heç bir xəstəliyi yox idi

image-1677743289_whatsapp-image-2023-01-27-at-16-49-37
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Xəstəliyi haqda məlumat yox idi, mən də bilmirdim. Biz danışırdıq amma xəstəliyi haqda mənə nəsə deməyib”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında din xadimi, ilahiyyatçı Hacı Surxay Məmmədli Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, Hacı Şahin ona hər zaman yaxşı olduğunu deyib:

“Hər dəfə danışanda deyirdi ki, çox yaxşıyam, pozitiv idi. Mən əsəbi olanda da o, pozitivlik ötürürdü. Həmişə də soruşanda deyirdi əlayam, şükürlər olsun. Yəni heç vaxt nəsə xəstəliyinin olması haqda danışmayıb. Biz neçə illərdir ki, efirlərdə bir yerdə olmuşuq, danışırdıq, söhbət edirdik. Amma heç vaxt belə bir şey ifadə etməyib”.

Hacı Surxay bildirib ki, Hacı Şahinlə 3-4 gün öncə danışıqları olub:

“Axırıncı dəfə 3-4 gün öncə danışığımız olmuşdu. Bizim də qohum xəstəxanada idi, rəhmətə getdi, onu dəfn etdik, onunla da bağlı tez-tez məndən məlumat alırdı. Danışdıq, bir az da kefimiz açıldı, dedik-güldük. Amma bir problem olduğunu deməmişdi”.

Qeyd edək ki, tanınmış din xadimi Hacı Şahin Həsənli ötən gecə dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102446