Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 471 $▲0.56%
  • Ethereum1 810 $▲2.33%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

Hakim oyuna 42 dəqiqə artırdı, ömürlük uzaqlaşdırıldı - VİDEO

image-1678970461_hakim
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Boliviya çempionatında qeyri-adi hal yaşanıb.

Fanat.Az “Apnews”ə istinadən xəbər verir ki, “Palmaflor” və “Blominq” komandaları arasında Çapare şəhərində baş tutan görüş (3:2) 132 dəqiqə davam edib.

Belə ki, hakim liqa matçına 42 dəqiqə əlavə edib. O, bunu “Palmaflor”un qolu zamanı VAR-a uzun müddət baxması, eləcə də qonaq komandaya göstərilən iki qırmızı vərəqədən sonra dava düşməsinə görə edib.

“Blominq” özünün “Twitter” səhifəsində güclü yağış altında keçirilən oyunun həddindən artıq uzanması nəticəsində oyunçularının ağır zədə riski ilə üzləşmələrindən şikayətləniblər. Boliviya Futbol Federasiyası referi Xulio Qutyerrezi hakimlikdən ömürlük uzaqlaşdırıb.

Qeyd edək ki, “Palmaflor”un idman direktoru Boliviyanın keçmiş prezidenti Evo Moralesdir. O, 2006-2019-cu illərdə ölkəyə rəhbərlik edib. Onun funksioneri olduğu klub bu il ölkənin yüksək divizionuna yüksəlib və hazırda ilk “3-lük”dədir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104175