Hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza verildi

image-1708519799-affabackend

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Busaat.az xəbər verir ki, iclasda Birinci Liqanın 24-cü turunun oyunları ilə bağlı  qərarlar qəbul edilib:

MOİK – “Qaradağ Lökbatan” oyununun 90+1-ci dəqiqəsində MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, MOİK klubu 400 manat cərimə edilib.

MOİK – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində MOİK klubunun 5 nömrəli futbolçusu Nazim Məmmədzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, MOİK klubu 200 manat cərimə edilib.
“Karvan” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Zaqatala” – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib.

“Karvan” – “Araz Saatlı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki