“Bavariya” Harri Keyn üçün “Tottenhem”lə razılığa gəlib.
Busaat.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbə bildirir ki, “Bavariya”nın 100 milyon avrodan çox təklifi “spurs” tərəfindən qəbul edilib. İndi hər şey Keynin özündən asılıdır, yaxın gələcəkdə 30 yaşlı forvard qərar verməli olacaq.
Transfermarktın məlumatına görə, 30 yaşlı hücumçunun bazar dəyəri 90 milyon avrodur.
Xatırladaq ki, Harrinin ingilis klubu ilə müqaviləsi 30 iyun 2024-cü ildə başa çatır.
Hücumçu ötən mövsüm liqada 38 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. Keyn “Tottenhem” sisteminin məzunudur. İngilis hücumçu 2011-ci ildən əsas komandada çıxış edir.