Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 267 $▼1.40%
  • Ethereum1 908 $▼0.99%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Hava ilə bağlı “rəngli xəbərdarlıq”: Sarı, narıncı, qırmızı - MƏNALAR

image-19
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bugündən iyulun 10-u gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Busaat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Şahbuz, Babək, Culfa, Ordubad, Gəncə, Naftalan, Goranboy, Şəmkir, Göygöl, Bərdə, Mingəçevir, Gədəbəy, Daşkəsən, Şəki, Yevlax, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ümumiyyətlə, hava şəraiti ilə bağlı əhaliyə tez-tez rənglərlə xəbərdarlıqlar edilir. Bəs bu rənglərin anlamı nədir?

Bu barədə Busaat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Verilən məlumata görə, ölkə ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsi ilə bağlı bu ilin mayından “Rəng” Xəbərdarlıq Sisteminə keçid edilib.

Bildirilib ki, hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıqlar edilir.

Belə ki, rənglərin mənaları aşağıdakı kimidir:

Sarı rəng – Xəbərdarlığın bu rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin proqnozlaşdırıldığı deməkdir. Sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunur.

Narıncı rəng – Bu, ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Narıncı rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir.

Qırmızı rəng – Bu rəng isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstrimal risk olduğunun göstəricisidir. Qırmızı xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=142561