
Həbib karyerasını rəsmən başa vurdu
Mütləq güləş çempionatının (UFC) çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.
Busaat.az xəbərverir ki, bu barədə UFC prezidenti Deyna Uayt tvitterdə bildirib.
“O, 100% rəsmən təqaüddədir. Sənin necə işlədiyini izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdə olacaqlardan zövq al, dostum”, – Uayt yazıb.
Qeyd edək ki, 32 yaşlı Nurməhəmmədov qarışıq təkbətək döyüşlərdə 29 görüş keçirib, bir dəfə də olsun məğlub olmayıb, UFC-də o, 2012-ci ildən çıxış edib, 13 dəfə qələbə qazanıb.






















